• Bakı 17° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Xocasəndə yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

16 May 2025 | 18:30

Xocasəndə yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

 

***17:40

FHN Mətbuat xidmətinin məlumatı 

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

Əlavə məlumat veriləcək.

***

17:06

Bakının Binəqədi rayonu Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


SON XƏBƏRLƏR

16 May 2025