• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Avtobusun qarşısına qəfil çıxan piyada ÖLDÜ - VİDEO

HADİSƏ

14 Iyun 2025 | 21:31 | Müəllif: Subhan Mahmudov

Avtobusun qarşısına qəfil çıxan piyada ÖLDÜ - VİDEO

Bu gün saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə daşıyıcı şirkət məlumat yayıb.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıb.

Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.

Qəza anını əks etdirən görüntüləri təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026