• Bakı 26° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Nizami rayonunda dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıb

HADİSƏ

14 Iyul 2025 | 14:52

Nizami rayonunda dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıb

Nizami rayonunda dələduzluq və bank kartından oğurluq edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq və oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Məlumata görə, Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu ələ keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq əməlini törətməkdə şübhəli bilinən, axtarışda olan 38 yaşlı N.İbrahimov saxlanılıb.

Bundan başqa, rayon ərazisində bir nəfərin bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı R.Feyzullayev də polis əməkdaşları tərəfindən tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 


SON XƏBƏRLƏR