"Avropa İttifaqı Ermənistanla münasibətləri inkişaf etdirməyə çalışır".
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşündə deyib.
"Brüssel Ermənistanla daha dərin tərəfdaşlıq üzərində işləyir və İrəvanla münasibətləri inkişaf etdirmək istəyir. Ümid edirəm ki, bu görüş işimizi irəli aparacaq", - Kosta bildirib.
O, həmçinin Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallasın 29-30 iyun tarixlərində Ermənistana səfərinə də toxunaraq, bunun Aİ-Ermənistan münasibətlərində aydın irəliləyiş olduğunu nümayiş etdirdiyini vurğulayıb
"Bu görüş həm də bizə sülh və digər hadisələr haqqında danışmaq imkanı verəcək".
Gülşən Şərif