• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var

DÜNYA

13 Avqust 2025 | 14:05

Yaxta və yük gəmisi toqquşub: ölən və itkin düşənlər var

Yaponiya sahillərində yaxta və yük gəmisinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.

Bu barədə Bakıvaxtı.az “Al Arabia”ya istinadən xəbər verir.

Yerli sahil mühafizəsi rəsmiləri bildiriblər ki, çınqıl daşıyan yük gəmisinin kapitanı Yaponiyanın Oita bölgəsindəki Hoto adası yaxınlığında toqquşma barədə məlumat verib.

Mənbənin məlumatına görə, Oitadan olan 70 yaşlı kişi suda huşsuz vəziyyətdə tapılıb. Daha sonra xəstəxanada onun ölümü təsdiqlənib.

Yaxtanın göyərtəsində bir neçə nəfərin olduğu qeyd edilir. Altı sahil mühafizə gəmisi və bir təyyarə itkin düşənlərin axtarışını davam etdirir.


SON XƏBƏRLƏR