• Bakı 30° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 1 062 nəfərə çatıb

DÜNYA

14 Iyul 2025 | 14:30

İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 1 062 nəfərə çatıb

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 062 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasında İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi bildirib.

“Bu günə qədər 1 062 nəfəri dəfn etmişik, daha 5 800 nəfər yaralanıb. Onlardan 100-ə yaxını xəstəxanalardadır, 34 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir”, - o deyib.

Daha əvvəl İran ərazisində aparılan hərbi əməliyyatlar zamanı 1 060 nəfərin öldüyü, 5 mindən çox insanın yaralandığı bildirilirdi.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.


SON XƏBƏRLƏR