• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Kreml: Kiyev üçüncü raunduna tələsmir

DÜNYA

14 Iyul 2025 | 15:33

Kreml: Kiyev üçüncü raunduna tələsmir

"Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, lakin Kiyev üçüncü raundun tarixini razılaşdırmağa tələsmir". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinaən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Aydındır ki, Kiyev tələsmir. Biz hələ də vaxtla bağlı təklifləri gözləyirik. Rusiya tərəfi davam etməyə və üçüncü raund keçirməyə hazırdır", - mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında birbaşa danışıqların ilk iki raundu mayın 16-da və iyunun 2-də İstanbulda baş tutub. Danışıqlardan sonra tərəflər məhbusları dəyişdiriblər.

Gülşən Şərif


SON XƏBƏRLƏR