• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

119 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlandı

CƏMİYYƏT

14 Iyul 2025 | 15:50

119 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

MÜTDA-dan Bakıvaxtı.az-a bildirilib ki, bu günə qədər artıq 119 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

    Nəzərə çatdırılıb ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

    İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

    Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.


    SON XƏBƏRLƏR