• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

CƏMİYYƏT

13 Avqust 2025 | 14:36

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

    İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

    Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

    Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

    Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

    Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.

    Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

    Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:

    I istiqamət – Tibb (müalicə işi, pediatriya)

    Minimal bal : 13.000

    Maksimal bal : 86.000

    Namizədlərin sayı : 673

    Ballar üzrə histoqram

    Bal intervalları

    Namizədlərin sayı

    Cəmi

    96 - 100

    0

    0

    91 - 95

    0

    0

    86 - 90

    1

    1

    81 - 85

    5

    6

    76 - 80

    18

    24

    71 - 75

    46

    70

    66 - 70

    64

    134

    61 - 65

    114

    248

    56 - 60

    101

    349

    51 - 55

    122

    471

    50

    12

    483

    Qeyd: ATU-nun Hərbi Tibb Fakültəsinin namizədlərinin sayı nəzərə alınmayıb.

     

    II istiqamət – Stomatologiya

    Minimal bal : 25.000

    Maksimal bal : 85.000

    Namizədlərin sayı : 84

    Ballar üzrə histoqram

    Bal intervalları

    Namizədlərin sayı

    Cəmi

    96 - 100

    0

    0

    91 - 95

    0

    0

    86 - 90

    0

    0

    81 - 85

    3

    3

    76 - 80

    5

    8

    71 - 75

    6

    14

    66 - 70

    15

    29

    61 - 65

    13

    42

    56 - 60

    12

    54

    51 - 55

    7

    61

    50

    4

    65

     

    III istiqamət – Tibbi profilaktika

    Minimal bal : 13.000

    Maksimal bal : 65.000

    Namizədlərin sayı : 69

    Ballar üzrə histoqram

    Bal intervalları

    Namizədlərin sayı

    Cəmi

    96 - 100

    0

    0

    91 - 95

    0

    0

    86 - 90

    0

    0

    81 - 85

    0

    0

    76 - 80

    0

    0

    71 - 75

    0

    0

    66 - 70

    0

    0

    61 - 65

    2

    2

    56 - 60

    9

    11

    51 - 55

    7

    18

    50

    2

    20

     

    IV istiqamət – İctimai səhiyyə

    Minimal bal : 24.000

    Maksimal bal : 69.000

    Namizədlərin sayı : 18

    Ballar üzrə histoqram

    Bal intervalları

    Namizədlərin sayı

    Cəmi

    96 - 100

    0

    0

    91 - 95

    0

    0

    86 - 90

    0

    0

    81 - 85

    0

    0

    76 - 80

    0

    0

    71 - 75

    0

    0

    66 - 70

    1

    1

    61 - 65

    0

    1

    56 - 60

    1

    2

    51 - 55

    6

    8

    50

    1

    9

     


    SON XƏBƏRLƏR