• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib - FOTO

CƏMİYYƏT

13 Avqust 2025 | 14:27

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib - FOTO

Azərbaycan Respublikasından Ukraynaya humanitar yardım məqsədli elektrik hava xətləri avadanlıqlarından ibarət yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, bunu Energetika Nazirliyinin mətbuat katibi Cahit Mikailov jurnalistlərə deyib.

    O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, yükün göndərilməsi Energetika Nazirliyi tərəfindən həyata keçirilir: “Humanitar yüka ümumilikdə 90 kilometr elektrik kabeli və materiallar, eyni zamanda 25 ədəd generator və 7 ədəd dəstək transformatoru daxildir. Avadanlıqların göndərilməsində məqsəd, Ukraynada davam edən müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərməkdir. 10 yük avtomobilindən ibarət ilk karvan bu gün yola salınır və təxminən 2 həftə ərzində Ukraynaya çatması gözlənilir.”
    Mətbuat katibi bildirib ki, Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan və ümumi dəyəri 2 milyon ABŞ dolları həcmində olan avadanlıqların növbəti hissəsi isə yaxın günlərdə əlavə 9 yük avtomobili ilə göndəriləcək: “Qeyd edək ki, avadanlıqlar Azərbaycanda istehsal olunub. Bundan əvvəl də Azərbaycan tərəfi elektrik təchizatı ilə bağlı Ukraynaya humanitar yardım göndərmişdir. Belə ki, 2023-cü ildə və 2025-ci ilin fevral ayında imzalanmış müvafiq sərəncamlar çərçivəsində müvafiq olaraq 7 milyon, 16 milyon və 1 milyon ABŞ dolları məbləğində maliyyə ayrılmışdı. Müharibə ilə əlaqədar olaraq Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötüb.”


    SON XƏBƏRLƏR