Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alıb.
Bakıvaxtı.az bu barədəTürkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin iyun ayı ilə müqayisədə 22 mənzil və ya 31%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5 mənzil və ya 5,7% çoxdur.
Qardaş ölkədən ən çox mənzil alan xarici ölkə vətəndaşları sırasında Azərbaycan vətəndaşları 6-cı yerdə olub. İlk beşlikdə isə müvafiq olaraq Rusiya, İran, Almaniya, Ukrayna və İraq vətəndaşları qərarlaşıb.