• Bakı 19° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Premyer Liqa oyunlarında Jotanın xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək

İDMAN

13 Avqust 2025 | 14:53

Premyer Liqa oyunlarında Jotanın xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək

İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyunlarından öncə "Liverpul"un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andrenin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb.

Eyni zamanda futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar. Bundan başqa, stadionlardakı böyük ekranlarda vida mesajları və şəkillər nümayiş etdiriləcək.

Premyer Liqanın ilk turunun oyunları avqustun 15-18-də baş tutacaq.

Qeyd edək ki, 28 yaşlı D.Jota iyulun 3-də avtomobil qəzasında həlak olub.


SON XƏBƏRLƏR

29 Sentyabr 2025