• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Macarıstanda hakimiyyət dəyişilkliyi olacaq? - İDDİA

SİYASƏT

13 Avqust 2025 | 15:41 | Müəllif: Əli Hüseynov

Macarıstanda hakimiyyət dəyişilkliyi olacaq? - İDDİA

Avropa Komissiyası Macarıstanda hakimiyyət dəyişikliyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti iddia məlumatı yayıb.

Qurumun məlumatına görə, Kiyev Ukrayna xüsusi xidmət orqanları və yerli diaspor vasitəsilə ölkədə vəziyyəti sabitsizləşdirməyə çalışır.

Bildirilir ki, Brüssel “Budapeştdəki rejimin” dəyişdirilməsi ssenarilərini ciddi şəkildə araşdırır.

Xidmət Peter Maqyarın əsas namizəd kimi ön plana çıxdığını vurğulayıb.

İddiaya görə, Ukrayna hökuməti Brüsselin göstərişi ilə Macarıstan rəhbərliyinə qarşı kampaniyaya fəal şəkildə qoşulub.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026