• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Qusarda ana doğuşdan sonra ÖLDÜ - YENİLƏNİB

HADİSƏ

13 Avqust 2025 | 12:50

Qusarda ana doğuşdan sonra ÖLDÜ - YENİLƏNİB

11.08.2025-ci il tarixində 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib və qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qara ciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

12.08.2025-ci il tarixində saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə edilməyib. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 12.08.2025-ci il tarixində, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 sm., çəkisi 3 kq. 100 qram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir.

***

10:06

Qusar rayonunda ana doğuşdan sonra ölüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, qeysəriyyə əməliyyatından sonra komaya düşən Y.Ospatova ötən gün xəstəxanada dünyasını dəyişib.

Y.Ospatovanın dünyaya gətirdiyi qız uşağının vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu onun ikinci hamiləliyi olub.


SON XƏBƏRLƏR

08 Dekabr 2025