• Bakı 20° C

    13.89 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

HADİSƏ

12 Sentyabr 2025 | 10:00

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

***

09:00

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

11 Sentyabr 2025