• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Xərçəngə səbəb olan vərdiş açıqlandı

CƏMİYYƏT

13 Avqust 2025 | 01:01 | Müəllif: Subhan Mahmudov

Xərçəngə səbəb olan vərdiş açıqlandı

Alimlər xərçəngin ən ölümcül növlərindən birinə səbəb olan vərdişin adını açıqlayıblar.

Bkıvaxtı.az Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, alkoqolun müntəzəm istifadəsi mədəaltı vəzi xərçənginin inkişaf riskini artırır.

Tədqiqatçılar müəyyən ediblər ki, həddindən artıq spirt istehlakı mədəaltı vəzi hüceyrələrini zədələyir, bu da xərçəngə qədərki xəstəliklərin inkişafına səbəb ola biləcək iltihaba səbəb olur.

Alimlər qadınlar üçün həftədə 8 və ya daha çox, kişilər üçün isə 15 və ya daha çox spirtli içki qəbulunun həddindən artıq olduğu qənaətindədirlər.

Bundan əlavə, həkimlər sarılıq xəstəliyinin də mədəaltı vəzi xərçənginə səbəb olduğunu bildiriblər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026