• Bakı 20° C

    15.16 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Həkim kompüter qarşısında yemək yeməyin zərərlərindən DANIŞDI

CƏMİYYƏT

12 Sentyabr 2025 | 00:07

Həkim kompüter qarşısında yemək yeməyin zərərlərindən DANIŞDI

Kompüter qarşısında yemək sadəcə pis vərdiş deyil, həm də sağlamlıq üçün təhlükəlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu qastroenteroloq Jordi Serra Pueyo söyləyib.

Onun sözlərinə görə bu davranış funksional dispepsiya adlı mədə-bağırsaq pozuntusuna gətirib çıxara bilər.

Dispepsiya qarın nahiyəsində ağrı və ya yanğı, tez doymanın yaranması, şişkinlik və yeməkdən sonra ağırlıq hissi ilə müşahidə olunur. Xəstəlik gündəlik həyat keyfiyyətini aşağı salır, hətta psixoloji gərginliyə səbəb ola bilir.

Mütəxəssis əlavə edib ki, kompüter qarşısında yeməyin başqa təhlükəsi də var. Belə ki, bu zaman bağırsaq baryeri zəifləyir. Belə olduqda, qida qalıqları və toksinlər qan dövranına keçərək immun sistemini aktivləşdirir, nəticədə orqanizmdə iltihabi proseslər başlaya bilər.

Həkim insanlara diqqəti yeməyə yönəldərək, sakit şəraitdə nahar etməyi, kompüter, telefon və televizordan uzaq qalmağı tövsiyə edib. Onun sözlərinə görə, yemək zamanı düzgün atmosfer həm həzmi asanlaşdırır, həm də gələcəkdə ciddi xəstəliklərin qarşısını almağa kömək edir./Milli.az


SON XƏBƏRLƏR

11 Sentyabr 2025