• Bakı 27° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Nəcməddin Sadıkovla bağlı ŞOK İDDİA - Türkiyədə dindirilibmiş

HADİSƏ

13 Avqust 2025 | 13:26

Nəcməddin Sadıkovla bağlı ŞOK İDDİA - Türkiyədə dindirilibmiş

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin xüsusi xidmət orqanları tərəfindən dindirilib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu iddianı Yaxın Şərqdə tanınan nüfuzlu "Middle East Eye" nəşrində dərc edilən məqalədə jurnalist Raqıp Soylu səsləndirib.

O, bu məlumatı adı açıqlanmayan diplomatik mənbələrdən aldığını iddia edib.

Jurnalistin sözlərinə görə, Türkiyə rəsmiləri Azərbaycan ordusunda Rusiya tərəfdarı şəxslərin müəyyənləşdirilməsində iştirak ediblər.

“Bu “ünsürlərdən” biri də rusiyayönlü simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov olub. Vəziyyətlə tanış olan mənbənin verdiyi məlumata görə, müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib.”, – deyə jurnalist yazır.


SON XƏBƏRLƏR

12 Avqust 2025