• Bakı 28° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Sabah 5 min abonentin qazı kəsiləcək - bu şəhərdə

CƏMİYYƏT

13 Avqust 2025 | 12:52

Sabah 5 min abonentin qazı kəsiləcək - bu şəhərdə

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.


SON XƏBƏRLƏR

12 Avqust 2025