• Bakı 20° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Azərbaycanda təhsil islahatları: Nazir gözləntilərin vaxtla reallaşacağını bildirib

CƏMİYYƏT

12 Sentyabr 2025 | 11:50

Azərbaycanda təhsil islahatları: Nazir gözləntilərin vaxtla reallaşacağını bildirib

Azərbaycanda təhsil sahəsində başlanğıc addımlar atılsa da, gözləntilərin tam reallaşması üçün zamana ehtiyac var.

Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” tədbirində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, ictimaiyyət və mütəxəssislər təhsil sahəsində böyük gözləntilər formalaşdırıb və islahatların ardıcıl, əsaslı şəkildə həyata keçirilməsini vacib hesab edirlər:

“2013-cü ildən sonra qəbul olunan bəzi standart və istiqamətlər bu islahatların çərçivəsini müəyyənləşdirib”.

E. Əmrullayev vurğulayıb ki, təhsil sistemində hər bir sahədə mükəmməl mexanizmlərin qurulması zəruridir. Həmçinin, bütün səviyyələrdə standartlaşdırılmış və davamlı islahat mexanizmlərindən istifadə edilməsinin əsas şərtlərdən biri olduğunu qeyd edib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi bir sıra vacib islahatlara başlayıb və bu günə qədər həmin istiqamətlərdə mühüm nəticələr əldə olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Sentyabr 2025