• Bakı 28° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Daha bir nazirlik İT sistemlərini “Hökumət buludu”na köçürdü

CƏMİYYƏT

13 Avqust 2025 | 09:23

Daha bir nazirlik İT sistemlərini “Hökumət buludu”na köçürdü

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Bakıvaxatı.az xəbər verir ki, fərmanın tələblərinə uyğun olaraq daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Nazirlik informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə aid data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.


SON XƏBƏRLƏR

12 Avqust 2025