• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

"Valensiya"nın müdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək

İDMAN

14 Iyul 2025 | 15:15

Valensiyanın müdafiəçisi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək

İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Kristian Moskera karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Bakıvaxtı.az "The Athletic"ə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu "Arsenal"la anlaşıb.

Tərəflərin müqavilənin şərtləri barədə razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, K.Moskera 2016-cı ildən "Valensiya"da çıxış edir. Futbolçu 2024/2025 mövsümündə bütün yarışlarda 41 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR