Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bütün zəruri meyarlara və məqsədlərə cavab verdikləri halda, yeni üzvlərin təşkilata qoşulmasına həmişə açıqdır.
Bakıvaxtı.az-ın“TASS”a istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in baş katibi Heysam əl-Qays bildirib.
“OPEC-ə yeni üzvlərin qəbuluna biz həmişə açığıq, əgər onlar təşkilatın meyarlarına cavab verirlərsə. Aydındır ki, bu ölkələr digər OPEC üzvləri ilə oxşar məqsədlərə malik olmalıdırlar. Onlar həmçinin əhəmiyyətli ixracatçılar olmalıdır”, – deyə o qeyd edib.
OPEC-in baş katibi vurğulayıb ki, təşkilat bir çox ölkələrlə bu barədə danışıqlar aparır: “Mən bir sıra Afrika ölkələri, məsələn, Seneqal ilə görüşlər keçirmişəm. Namibiyanın gələcəkdə potensialı var. Amma yeni üzvlərin qoşulması ilə bağlı rəsmi açıqlama verə bilmərəm”.