• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

ASCO yük daşımalarıını 12 % artırıb

İQTİSADİYYAT

14 Iyul 2025 | 14:58

ASCO yük daşımalarıını 12 % artırıb

Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 4,6 milyon ton yük daşıyıb.

Bakıvaxtı.az ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

O cümlədən, yanvar-iyun aylarında səhmdar cəmiyyətinin tankerləri ilə 2,2 milyon ton yük daşınıb ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur.

6 ay ərzində ASCO-nun bərə və Ro-Pax tipli gəmiləri ilə 19 280 ədəd yük avtomobili (3 % çox), 18 227 ədəd vaqon (4 % az) daşınıb.

Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. I yarımildə 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən təxminən 83 % çoxdur.


SON XƏBƏRLƏR