• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Bavariya"nın futbolçusu İspaniya klubu ilə danışıqlara başlayıb

İDMAN

14 Iyul 2025 | 17:18 | Müəllif: Əli Hüseynov

"Bavariya"nın futbolçusu İspaniya klubu ilə danışıqlara başlayıb

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Brayan Saraqosa İspaniya La Liqasına qayıda bilər.

Bakıvaxtı.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Brayanın "Bavariya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, B.Saraqosa ötən mövsüm İspaniyanın digər klubu "Osasuna"da icarə əsasında çıxış edib. Yarımmüdafiəçi İspaniya çşempionatında meydana çıxdığı 27 oyunda 1 qol, 6 məhsuldar ötürmə müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026