• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

SİYASƏT

14 Iyul 2025 | 14:21 | Müəllif: Əli Hüseynov

AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Aİ onun tezliklə imzalanacağına ümid edir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, - fon der Lyayen deyib.

AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.

“Bizim davamlılıq və inkişaf planımız var, bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026