• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp İlham Əliyev və Nikol Paşinyanla görüşündən VİDEO YAYIMLADI 

SİYASƏT

12 Avqust 2025 | 21:07 | Müəllif: Subhan Mahmudov

Tramp İlham Əliyev və Nikol Paşinyanla görüşündən VİDEO YAYIMLADI

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks etdirən video yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, videoda liderlərin çıxışlarından parçalar yer alıb.

“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, - Tramp bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.

“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, - o deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026