• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Revanşistlər Paşinyana təhlükəlidir:  Baş nazir dərk edir ki...

SİYASƏT

14 Iyul 2025 | 16:39

Revanşistlər Paşinyana təhlükəlidir:  Baş nazir dərk edir ki...

Ermənistan hüquq mühafizə orqanları "Daşnaksütyun" üzvlərinin evlərində axtarış aparıb, təşkilatın bəzi üzvləri saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hakim Mülki Müqavilə partiyasından olan deputat Asmik Akopyan deyib ki, yenidən "Daşnaksütyun"u qadağan etmək barədə düşünməyin vaxtıdır. O bildirib ki, onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır: "Daşnaksütyun"u yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtıdır".

Deputat Asim Mollazadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanda radikal-terrorçu qüvvələrin tamamilə təmizlənməsi, sıradan çıxarılması vacibdir.

Onun sözlərinə görə, Paşinyan hökumətinin sülh və normallaşma istiqamətində doğru addımlar atması üçün revanşistlərin zərərsizləşdirilməsi əsas şərtdir:

"Əgər Ermənistandakı cinayətkar "Qarabağ klanı", Rusiya kəşfiyyatının agentura şəbəkəsinə xidmət edən şəbəkələri ortadan qaldırılmasa, həmin qüvvələr bütün vasitələrdən istifadə etməklə hakimiyyəti zorla ələ alamağa, Paşinyanı devirməyə çalışacaqlar. Baş nazir Nikol Paşinyan bunun fərqindədir və yaxşı dərk edir ki, bu gün sıradan çıxartmadığı revanşistlər sabah onun üçün ciddi təhlükə deməkdir”.

Asim Mollazadə: Paşinyan bu mübarizədə qələbə qazanarsa, qonşularla normal münasibətlər quraraq normal dövlətə çevrilmə şansı əldə edəcək

Müsahibimiz qeyd edib ki, məhz ona görə baş nazirə həmin qüvvələrlə sərt mübarizəyə başlayıb. Mollazadənini fikrincə, Paşinyan bu mübarizədə qələbə qazanarsa, gələcəkdə qonşularla normal münasibətlər quraraq normal dövlətə çevrilmə şansı əldə edəcək.

“Rusiya İrəvan hökumətinin revanşistlərə qarşı mübarizəsinə mane olmağa çalışır və öz adamlarını meydana sürür. Lakin bunun effektli olacağını zənn etmirəm", - deyə Asim Mollazadə əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR