• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Bu virus xərçəng riskini artırır

CƏMİYYƏT

14 Iyul 2025 | 15:32

Bu virus xərçəng riskini artırır

Epşteyn-Barr virusuna yoluxma bir neçə növ xərçəngin inkişaf riski ilə əlaqələndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu nəticəyə Çin və Beynəlxalq Xərçəngi Araşdırma Agentliyinin (IARC) alimləri gəliblər. 

Məlumata görə, EBV (Epşteyn-Barr virusu) insanlar arasında ən geniş yayılmış viruslardan biridir. Qeyd olunub ki, Yer kürəsindəki əhalinin 90%-dən çoxu həyatında heç olmasa bir dəfə bu virusa yoluxur.

Bildirilib ki, virus əsasən tüpürcək vasitəsilə ötürülür və çox zaman qripə bənzər simptomlarla müşayiət olunan mononukleoz xəstəliyinə səbəb olur.

Lakin alimlər EBV-yə yoluxma ilə müxtəlif xərçəng formalarının inkişafı arasında getdikcə daha çox əlaqə tapırlar.

Tədqiqatçılar Çinin cənubunda yaşayan 74 minə yaxın yetkin insanın səhhət məlumatlarını analiz ediblər. Bu insanlara 8–10 il ərzində nəzarət olunub. Qanlarında EBV VCA-IgA anticisimləri (virusla yoluxma zamanı yaranan zülallar) aşkar olunan şəxslərdə xərçəngə tutulma riski bu göstəricisi mənfi olanlara nisbətən təxminən beş dəfə yüksək olub. Xüsusilə burun-udlaq xərçəngi riski 26 dəfə artıb.

Bundan əlavə, virusun limfoma, qaraciyər və ağciyər xərçəngi riskini də artırdığı müəyyən olunub.

Tədqiqat müəlliflərinin hesablamalarına görə, bu bölgədə qeydə alınan bütün xərçəng hallarının təxminən 8%-i Epşteyn-Barr virusu ilə bağlı ola bilər.

“EBV ilə bəzi xərçəng növləri arasındakı əlaqə əvvəllər də məlum idi, lakin bu virusun daha geniş spektrli onkoloji xəstəliklərdəki rolu barədə məlumatlar kifayət deyildi,” — deyə araşdırmanın müəlliflərindən biri, Zisis Kozlakidis bildirib.

Virusun səbəb ola biləcəyi ciddi nəticələrlə bağlı məlumatların artması alimləri ona qarşı peyvəndin hazırlanmasına təşviq edir.

Tədqiqatçılar hesab edirlər ki, belə bir peyvəndin tətbiqi dünyada xərçəngə yoluxma səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR