• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib

CƏMİYYƏT

14 Iyul 2025 | 16:05 | Müəllif: Əli Hüseynov

Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 56 il ötür.

Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyev dövrü başlayır. Məhz bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatında göstəricilərin yüksəlməsi, milli kadrların inkişaf etdirilməsi, ali məktəblərin əsasının qoyulması və milli dövlətçilik ənənələrinin əsasının qoyulması istiqamətində çox ciddi addımlar atılır. Bu dövr həm də Azərbaycanda "qızıl dövr", "intibah dövrü" kimi də qiymətləndirilir.

Bunu nəzərə alaraq politoloq Amid Əliyev və bir sıra gənclər Quba rayonu, Xınalıq kəndində Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev Zirvəsinə yürüş təşkil ediblər.


Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026