• Bakı 15° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Çinin yarımkeçiricilər konqlomeratının sabiq rəhbəri ölüm cəzasına məhkum edilib

DÜNYA

16 May 2025 | 14:47

Çinin yarımkeçiricilər konqlomeratının sabiq rəhbəri ölüm cəzasına məhkum edilib

Çin məhkəməsi ölkənin iri yarımkeçirici konqlomeratı olan “Tsinghua Unigroup”un İdarə Heyətinin keçmiş sədri Cao Veyquo haqqında iki illik möhlətlə ölüm cəzası qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmənin gedişində sabiq məmurun müxtəlif vəzifələrdə çalışdığı dövrdə səlahiyyətlərindən sui istifadə edərək 470 milyon yuandan (təxminən 65 milyon dollar) çox aktivlərin mənimsənilməsi də daxil olmaqla çoxsaylı cinayətlər törətməsi sübuta yetirilib.

Bundan başqa, Cao Veyquonun qanunsuz əməllərinin dövlətə 890 milyon yuan (123 milyon dollar) ziyan vurduğu aşkarlanıb. Məhkəmə onun bütün əmlakının müsadirə olunmasına, siyasi hüquqlardan məhrum edilməsinə də qərar verib.

Qeyd edək ki, “Tsinghua Unigroup” yerli, xarici bazarlara rəqəmsal infrastruktur, xidmətlər təqdim edən texnologiya və yarımkeçirici istehsalçısıdır. Çinin ən böyük texnoloji konqlomeratları arasında olan “Tsinghua Unigroup”un törəmə şirkəti olan UNISOC Çinin mobil telefonlar üçün ən böyük çip istehsalçısıdır.

Bundan başqa, dövlət şirkətinin maliyyə, daşınmaz əmlak, təhsil sektorlarında da fəaliyyəti var.


SON XƏBƏRLƏR