• Bakı 21° C

    14.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Tibb işçilərinin sertifikasiyası davam edir – Nazir rəqəmləri açıqladı

CƏMİYYƏT

16 May 2025 | 14:19

Tibb işçilərinin sertifikasiyası davam edir – Nazir rəqəmləri açıqladı

2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər hər 5 ildən bir sertifikasiyadan keçirilirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, 2024-cü ildə 18 min 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib. Hazırda ölkədə ümumilikdə 92 min 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 min 233 nəfəri həkim, 57 min 663 nəfəri isə orta tibb işçisidir.

“Bu ilin ilk dörd ayı ərzində 5 min 498 nəfər imtahanlara qatılıb və onların 91 faizi ilk cəhddə uğur qazanıb. Birinci cəhddə nəticə əldə edə bilməyənlərin isə 95 faizi ikinci imtahanda müvəffəqiyyət əldə edib”, – deyə Teymur Musayev əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyun 2025