Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, 2011-ci ildən etibarən ölkədə ali tibb təhsilinin rezidentura pilləsi tətbiq olunub və hazırda müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir.
Teymur Musayev qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir.
Nazir əlavə edib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət tibb müəssisələrində fəaliyyət göstərməlidirlər.
Mina Mikayılova