• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

İtkin şəhid Miriş Rüstəmov defn edilib - YENİLƏNİB

CƏMİYYƏT

16 May 2025 | 14:00

İtkin şəhid Miriş Rüstəmov defn edilib - YENİLƏNİB

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovla Ağcabədi şəhərində keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

13:13

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Miriş Məhəmməd oğlu Rüstəmovun meyitinin qalıqları Ağcabədi rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Ağcabədidə ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Miriş Məhəmməd oğlu Rüstəmov 1973-cü il fevralın 15-Ağcabədi şəhərində anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

M.Rüstəmov Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR