• Bakı 15° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

İtkin şəhid Elşən Ərzumanovla dəfn olunub - YENİLƏNİB

CƏMİYYƏT

16 May 2025 | 13:47

İtkin şəhid Elşən Ərzumanovla dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovla Quba rayonunda keçirilən vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, E.Ərzumanovun nəşi Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

13:06

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.

E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.


SON XƏBƏRLƏR