Avropa İttifaqı RusiyaYa qarşı "Şimal axını" qaz kəmərinə qarşı məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlayır.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
"Biz yeni sanksiyalar paketi üzərində işləyirik. Bu paket, məsələn, "Şimal axını 1" və "Şimal axını 2"-yə qarşı sanksiyaları əhatə edəcək", - deyə Leyen qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Rusiyanın Ukrayna ilə atəşkəs əldə etməkdən imtina etməsi fonunda "Şimal axını 2" qaz kəmərinə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Gülşən Şərif