• Bakı 27° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Həkimlərin sertifikasiyası ilə əlaqədar sınaq imtahanı təşkil olunacaq

CƏMİYYƏT

16 May 2025 | 14:24

Həkimlərin sertifikasiyası ilə əlaqədar sınaq imtahanı təşkil olunacaq

Həkimlərin və əczaçıların sertifikasiyası ilə əlaqədar sınaq imtahanı da təşkil olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsizdir. Sınaq imtahanında iştirak könüllü olacaq və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 Avqust 2025