“ABŞ NATO-ya diqqət ayırmağı dayandırdıqda, alyans Varşava Müqaviləsi Təşkilatının taleyini təkrar edəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Demurenko deyib.
Ekspertin sözlərinə görə, 1980-ci illərin sonuna qədər Şərq bloku tamamilə SSRİ-nin nəzarəti altında olub. Eyni şəkildə, Demurenko hesab edir ki, NATO da ABŞ-nin alyansın digər iştirakçılarını dəstəkləmək və maliyyələşdirməyi dayandırdığı anda mövcudluğunu dayandıracaq.
“Klassik blok sistemi keçmişdə qalıb, onun yerini konkret məsələlər üçün situasiya əsaslı hərbi-siyasi alyanslar alır”, - o bildirib.
Ekspertin sözlərinə görə, eyni proses zamanla KTMT üçün də baş verəcək. Rusiyalı analitik əmindir ki, blokun ritorikasına baxmayaraq, KTMT üzvlərinin xarici siyasət maraqları artıq üst-üstə düşmür və daxili ziddiyyətlər artır.
“NATO və KTMT artıq eroziya prosesi keçirir. Yeni koalisiya və situasiya əsaslı alyanslar yaranacaq, amma beynəlxalq vəziyyətin dəyişməsinə reaksiya olaraq, tezliklə də parçalanacaqlar”, - Demurenko qeyd edib.
Xatırladaq ki, artıq Ermənistan iki ildir KTMT-nin tədbir və hərbi təlimlərində iştirak etmir. Baş nazir Nikol Paşinyan ölkəsinin hərbi blokdan çıxacağını istisna etməyib./Teleqraf
Bakı 




