• Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO

HADİSƏ

12 Yanvar 2026 | 12:25

Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO

Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər müəyyən olunaraq saxlanılıb.

Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

11 Yanvar 2026