• Bakı 11° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Azərbaycanda məhkəmədə hakim özü-özünə etiraz etdi

CƏMİYYƏT

12 Yanvar 2026 | 12:31

Azərbaycanda məhkəmədə hakim özü-özünə etiraz etdi

Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.

Bakıvaxtı.az-ın Teleqraf-aistinadən məlumatına görə, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.

Belə ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.

Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə sözügedən məhkəmədə baxılması məqsədəmüvafiq deyil.

Təqsirləndirilən şəxsin cinayət işinə Qusar Rayon Məhkəməsində baxıla bilməməsinin məqsədəmüvafiqliyinə Sumqayıt Apellyasiya Məhkəməsi qiymət verəcək.

Qeyd edək ki, Əli Cəlilov Qusar Rayon Məhkəməsinə 2022-ci ildə təyinat alıb.


SON XƏBƏRLƏR

11 Yanvar 2026