• Bakı 15° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Chailab” restoranı 20 min cərimələnib

CƏMİYYƏT

16 May 2025 | 14:45

“Chailab” restoranı 20 min cərimələnib

Bakının məşhur restoranlarından biri olan “Chailab” əmək müqaviləsiz işçi işlətdiyi üçün 20 min manat cərimələnib.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki,  restoranda aşpaz köməkçisi əmək müqaviləsi bağlanmadan işə cəlb edilib.

Restoranın təsisiçisi Vəsilə Quliyeva, direktoru isə onun həyat yoldaşı Bayraməli Quliyevdir.

Bayraməli Quliyev aşpaz köməkçisi işlədiyini deyən şəxin onlara şər atdığını bildirib. Qeyd edib ki, restorana aşpaz köməkçisi axtarmaqları ilə bağlı vakansiya elan ediblər, lakin işçi tapa bilməyiblər.

Restorana aşpaz köməkçisi axtarılması ilə bağlı müxtəlif elanlar internet resurslarında yer alır.

Bayraməli Quliyev bildirib ki, mətbəxdə Fərid adlı şəxs aşpaz kimi çalışıb.

Hüseyn adlı şəxsin onlardan şikayət etməsi şər və böhtandır. Onun sözlərinə görə, Hüseyn adlı şəxs restoranda yalandan aşpaz köməkçisi vəzifəsində əmək müqaviləsi olmadan çalışdırıldığını deyərək ondan pul tələb edib.


SON XƏBƏRLƏR