Ukraynalılar mübarizəni davam etdirə bilər və buna qadirdilər də, lakin müharibənin bitməsini istəyirlər.
Bakıvaxtı.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlardan sonra bildirib.
Danışıqlardan sonra Umerov tərəflərin atəşkəs rejiminə dair fikir mübadiləsi apardıqlarını təsdiqləyib.
“Əsas prioritetimiz insanlar idi... 1000 nəfərin mübadiləsi ilə bağlı razılığa gəldik. Bu, böyük nailiyyətdir və bir daha göstərir ki, biz bu müharibəni bitirməyə çalışırıq. İkinci məqsəd atəşkəs rejimini müzakirə etmək idi. Biz üsullar haqqında fikir mübadiləsi apardıq və komandalarımız detalların mübadiləsi üzərində işləyəcək”, - nazir deyib.