• Bakı 22° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir” – Teymur Musayev

CƏMİYYƏT

16 May 2025 | 14:28

“Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir” – Teymur Musayev

“Səhiyyə Nazirliyi yalnız tibb işçilərinə cavabdehdir”.

Bakıvaxtı.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında Səhiyyə naziri Teymur Musayev Səyyad Salahlının qaldırdığı məsələyə münasibət bildirib.

Nazirin sözlərinə görə, qeyd edilən şəxs mətbəxdə əməliyyat həyata keçirib və heç bir tibb təhsili yoxdur.

“Səbirə Vəliyevanı əməliyyat edən şəxs həkim deyil. Bundan əlavə, əməliyyat evin mətbəxində aparılıb. Bu faktları onun yaxınları da təsdiqləyir. Səhiyyə Nazirliyi yalnız həkimlərə cavabdehdir. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir,” – deyə Teymur Musayev vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyun 2025