İyunun 30-da, saat 11:00-da "Azərkabel" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 65 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Azərkabel”in Müşahidə Şurası və icra orqanının üzvlərinin yenidən seçilməsi, 2024-cü il üzrə maliyyə (audit) hesabatının təsdiq olunması, müəssisənin borclarının ödənilməsi yollarının müəyyən ediıməsi, ödəniş qabiliyyətinin bərpası və yaxud ləğv olunması, Müşahidə Şürasının Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır.