“Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi özünə yeni komanda axtarır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.
İddilara görə, 32 yaşlı oyunçunun "Qalatasaray"da sayılı günləri qalır və o, Meksikada yeni hekayəyə başlaya bilər.
Xatırladaq ki, “Monterrey” klubu bir neçə ay idi ki, onun oyunu ilə maraqlanırdı. Meksika komandası “Qalatasaray”ın tələb etdiyi 15 milyon dollarlıq transfer haqqını çox görüb və geri çəkilib. Bununla da danışıqlar bitib.
Əli Quliyev
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakıvaxtı.az