Kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Ukraynalı iş adamı Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesə Oleq Krapivin bu dəfə hər dəfə oldugundan fərqli olaraq komvoyun müşayəti ilə deyil sərbəst qatılıb.
Prosesin ilkin mərhələsində zərərçəkənlə təqsirləndirilənlər arasında hər hansi razılığın olub olmaması müzakirə edilib.Müdafiəçilər buna münasibət bildirərək,zərərçəkənlərin razılıga gəlib barışıq əldə etmələri üçün hər hansı addım atmamalarını deyiblər.
Bundan başqa vəkillər istintaq zamanı müəyyən prosesual pozuntulara yol verilməsi ilə bağlı müvafiq ekspertizaların təyin edilməsinə görə şifahi vəsatətlə çıxış ediblər.Prokuror isə öz növbəsində məhkəmə istintaqının yekunlaşması ərəfəsində bunu əsassiz hesab edib.
Xatırladaq ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilmişdi.Ötən prosedə isətəqsirləndirilən Oleq Krapivinin səhəti ilə bağlı vəkilinin vəsatətini məhkəmə təmin edərək onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxardıb.