Narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma faktında sayında azalma müşahidə olunur.
Bu barədə Bakıvaxtı.az-a Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən 2025-ci ilin aprel ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 20 (4,6%) nəfəri inyekson narkotik istifadəçiləri olub.