• Bakı 15° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Azərbaycanlılar futbolun elə də böyük fanatı deyil” - Almeyda

İDMAN

16 May 2025 | 15:12

“Azərbaycanlılar futbolun elə də böyük fanatı deyil” - Almeyda

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki “YouTube” kanalında yayımlanan “Exclusiva TSP” rubrikasında sualları cavablandıran 36 yaşlı yarımmüdafiəçi Braziliya və Azərbaycandakı azarkeş mədəniyyəti arasında fərqlərdən danışıb: 

“Azərbaycanda çox azarkeş olmur, onlar futbolun elə də böyük fanatları deyillər. Ancaq Avropa Liqasında və ya Çempionlar Liqasında oynayanda stadion dolurdu. Yerli liqada isə yalnız derbi oyunlarında stadionda azarkeş çox olur.

Amma burada, Braziliyada küçədə azarkeşi görürsən. Son oyunlarda “Santo André”də stadiona daxil olarkən azarkeşlərin dəstəyi inanılmaz idi. Braziliyadan tez ayrıldığım üçün bu hissi burada əvvəl yaşamamışdım. Hətta telefonumda videolar saxlamışam. Bu, braziliyalıların futbola necə aşiq olduqlarını göstərir”.


SON XƏBƏRLƏR

16 May 2025