• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paşinyan və Makron Tiranada görüşüblər

DÜNYA

16 May 2025 | 22:15 | Müəllif: Subhan Mahmudov

Paşinyan və Makron Tiranada görüşüblər

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədəki hesabında yazıb.

"Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş", - Ermənistanın baş naziri qeyd edib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026