• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Elnarə Bəkirovanın atasını öldürən şəxslərin tələbi rədd edildi

HADİSƏ

16 May 2025 | 14:52

Elnarə Bəkirovanın atasını öldürən şəxslərin tələbi rədd edildi

Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevdən yeni xəbər var.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mustafa Zeynalov və Namiq Əliyev hərəsi 19 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra 300 min manat pul ələ keçirdikləri müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.


SON XƏBƏRLƏR

16 May 2025